Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq

Daxili siyasət
  • 30 dekabr, 2025
  • 16:19
Binaların enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna dəyişikliyi təsdiqləyib.

"Report" xəbər verir ki, yenillənmiş qanuna əsasən yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

Layihəyə əsasən, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər), yardımçı və müvəqqəti tikililər, istixanalar və anbar binaları, istehsalat binaları, fərdi yaşayış evləri, Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri istisnadır.

Pasportlaşdırma istismarda olan binalara şamil olunmayacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti