​Azərbaycan Alimlərinin I Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb - TAM MƏTN

​Azərbaycan Alimlərinin I Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb - TAM MƏTN "Ölkənin elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması işində səylərimizi daha da gücləndirəcəyik"
Daxili siyasət
19 Dekabr , 2014 16:12
​Azərbaycan Alimlərinin I Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb - TAM MƏTN

Bakı. 19 dekabr. REPORT.AZ/ Azərbaycan Alimlərinin I Qurultayının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb. “Report” xəbər verir ki, müraciət AMEA Biofizika və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova tərəfindən səsləndirilib.

Müraciətdə deyilir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Sizin tərəfinizdən böyük uğurla davam etdirilən dövlət siyasətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan davamlı iqtisadi artım və yüksək sosial rifaha nail olub, sosial-iqtisadi və mədəni-mənəvi inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyaraq regionun lider dövlətinə çevrilib.

Çox sevindirici haldır ki, milli sərvətimizin əsas tərkib hissəsi olan elmi potensialın qorunması və daha da inkişaf etdirilməsi Sizin siyasətinizin mühüm istiqamətlərindən birini təşkil edir. Bu siyasət nəticəsində informasiya cəmiyyəti quruculuğu və biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması yolunda mühüm işlər görülüb, elmi potensialın cəmiyyətin inkişafında fəal iştirakı təmin olunub, alimlərimizin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb.

Bütün bu görülən işlər respublikamızın intellektual potensialının aparıcı hissəsi olan alimlərimiz tərəfindən çox yüksək qiymətləndirilir. Biz alimlər yaxşı başa düşürük ki, bu gün dövlət səviyyəsində aparılan siyasətin nəticəsi olaraq müstəqil Azərbaycanın optimal inkişaf modeli dünyanın müasir tendensiyalarına uyğun proqnozlaşdırıldığı kimi, Azərbaycanda elmi tədqiqatların prioritetləri də ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni problemlərinin həllinə yönəldilməlidir. Bu işin öhdəsindən uğurla gəlmək üçün Azərbaycan elmi potensialının avanqard hissəsi olan alimlər Sizin tərəfinizdən irəli sürülmüş “Regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir” çağırışını strateji hədəf olaraq götürüb və “Azərbaycan 2020: gələcəyə baxış konsepsiyası”nda irəli sürülən ideyaları həyata keçirmək məqsədilə bütün qüvvələrini səfərbər ediblər.

Bu prosesin uğurlu və milli maraqlara uyğun həyata keçirilməsi üçün aparılan dövlət siyasətinə böyük dəstək verəcək, ölkədə biliklər iqtisadiyyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcək, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulması işində səylərimizi daha da gücləndirəcəyik”.

Son xəbərlər

Orphus sistemi