Növbəti köç karvanı Ağdama çatıb, sakinlərin qarşılanma mərasimi keçirilib – YENİLƏNİB-2

Daxili siyasət
  • 05 mart, 2026
  • 13:47
Növbəti köç karvanı Ağdama çatıb, sakinlərin qarşılanma mərasimi keçirilib – YENİLƏNİB-2

Köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərə mənzillərin açarları təqdim edilib.

"Report" xəbər verir ki, açarların təqdimat mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb, sakinlərin qarşılanma mərasimi keçirilib.

"Report" xəbər verir ki, bu mərhələdə şəhərə 90 ailə - 346 nəfər köçürülüb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

"Report" xəbər verir ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Ağdam şəhərinə 90 ailə - 346 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Son xəbərlər

Bütün Xəbər Lenti