Vladimir İlyiçev: "Rusiya karbon kreditlərini öz iqtisadiyyatına planlı şəkildə inteqrasiya etməyi planlaşdırır"

Vladimir İlyiçev: "Rusiya karbon kreditlərini öz iqtisadiyyatına planlı şəkildə inteqrasiya etməyi planlaşdırır" Rusiya iqlim maliyyələşdirməsi məsələləri ilə bağlı danışıqları davam etdirir.
COP29
14 Noyabr , 2024 13:40
Vladimir İlyiçev: Rusiya karbon kreditlərini öz iqtisadiyyatına planlı şəkildə inteqrasiya etməyi planlaşdırır

Rusiya iqlim maliyyələşdirməsi məsələləri ilə bağlı danışıqları davam etdirir.

Bunu “Report”a açıqlamasında Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Vladimir İlyiçev bildirib.

"Prinsip etibarilə biz görürük ki, tərəflər Paris Sazişinin 6-cı maddəsi üzrə müəyyən müsbət nəticələr əldə ediblər, buna görə də digər əsas göstəricilər üzrə də razılığa gələcəyimizə ümid edirik", - o qeyd edib.

Nazir müavini qeyd edib ki, Rusiya karbon kreditlərini öz iqtisadiyyatına planlı şəkildə inteqrasiya etməyi planlaşdırır: "Biz bu mövzuda dəfələrlə danışaraq, bu istiqamətdə tədricən irəlilədiyimizi və imkanlarımızdan çıxış etdiyimizi söyləmişik".

V.İlyiçev əlavə edib ki, ilk növbədə, Rusiyanın yaxşı elmi potensialının olduğunu da nəzərə alaraq, azərbaycanlı həmkarları ilə kifayət qədər intensiv qarşılıqlı əlaqələr var.

Son xəbərlər

Orphus sistemi