Meri Kriğ: "Böyük Britaniyada təxminən 6,3 milyon iş yeri iqtisadi transformasiyadan təsirlənəcək"

Meri Kriğ: "Böyük Britaniyada təxminən 6,3 milyon iş yeri iqtisadi transformasiyadan təsirlənəcək" Böyük Britaniyada təxminən 6,3 milyon iş yerinin iqtisadi transformasiyadan təsirlənəcəyini proqnozlaşdırılır.
COP29
18 Noyabr , 2024 18:08
Meri Kriğ: Böyük Britaniyada təxminən 6,3 milyon iş yeri iqtisadi transformasiyadan təsirlənəcək

Böyük Britaniyada təxminən 6,3 milyon iş yerinin iqtisadi transformasiyadan təsirlənəcəyini proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın Ətraf mühit, Ərzaq və Kənd təsərrüfatı Nazirliyində katib müavini Meri Kriğ (Mary Creagh) COP29 çərçivəsində keçirilən "Yaşıl iş və bacarıqlar" mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.

O bildirib ki, “yaşıl bacarıqlar” yaşıl iqtisadiyyata keçidi dəstəkləyən vacib alətdir: "Bu, qlobal çağırışdır və hər kəsin iş fəaliyyətini təmin etmək üçün beynəlxalq əməkdaşlığa ehtiyacı var. Bizim bu istiqamətdə yaratdığımız yeni təşkilat milli və regional bacarıq ehtiyaclarını qiymətləndirəcək. Həmçinin iqtisadi artımı dəstəkləyən, biznesin ehtiyaclarını qarşılayan və dəyər yaradan həllər təqdim etməyə imkan verəcək. Tələbələr və işəgötürənlər arasında çeviklik təmin ediləcək. Bir sıra proqramların tətbiqi bizneslərdə innovasiyaları təşviq edəcək və gənclər üçün yüksək keyfiyyətli işə qəbul yolları açacaq".

Son xəbərlər

Orphus sistemi