Xocavənddə əmək yarmarkası keçiriləcək
Cəmiyyət
- 11 mart, 2026
- 12:38
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və SOCAR-ın Qaz İxrac İdarəsinin birgə təşkilatçılığı ilə Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yarmarka martın 13-ü saat 10:00-da Xocavənd Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında keçiriləcək və qazpaylayıcı stansiyanın operatoru üzrə vakansiyalar təqdim olunacaq.
Yarmarkada vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Son xəbərlər
18:56
Foto
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq üzrə qərargah danışıqları keçirilib
Hərbi18:53
Meğri şəhərinin meri rüşvət işi üzrə saxlanılıb
Region18:43
Kurasao millisi Niderlandlı mütəxəssis Dik Advokatla müqavilənin müddətini uzadıb
Futbol18:29
"Yaşıl Teatr" və Bakı Şəhər Bələdiyyə Teatrının nazirliyin tabeliyinə verilməsi barədə Qərar imzalanıb
Mədəniyyət siyasəti18:28
"Gəncə" basketbol klubunun baş məşqçisi Martin Knejeviçin köməkçilərindən biri məlum olub
Komanda18:16
Rusiya ilə Türkiyə XİN-ləri Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti müzakirə ediblər
Region18:14
Səfir: "İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır" - EKSKLÜZİV
İnfrastruktur18:07
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Moldovaya məğlub olub
Futbol17:54