Yuxarı

ABŞ-ın Azərbaycandakı səfirliyi maşınlarını satışa çıxarır

​ABŞ səfirliyi maşınlarını satışa çıxarır
​ABŞ səfirliyi maşınlarını satışa çıxarır

İyunun 21-də ABŞ-ın Azərbaycandakı səfirliyi ikinci əl avtomobillər üzrə qapalı hərrac keçirir. 

“Report”un əldə etdiyi məlumata görə, hərrac 09:00 - 11:00 arasında ABŞ səfirliyinin Məmmədşərif Həmidov, 51 ünvanında yerləşən anbarında baş tutacaq.

Hərracın qaydaları, eləcə də avtomobillər ilə həmin vaxt müddətində tanış olmaq mümkündür. Qalib gəlmiş şəxslər mütləq şəxsiyyəti təsdiq edən şəkilli sənəd təqdim etməli və ödənişi Azərbaycan manatı ilə nağd şəkildə dərhal həyata keçirməlidir.

Hərraca iki ədəd "Ford Ranger” markalı avtomobil çıxarılacaq. Hər iki avtomobilin istehsal ili 2000-ci ildir və ilkin hərrac qiyməti müəyyən edilməyib. Hər iki avtomobil üçün gömrük rəsmiləşdirilməsi həyata keçirilməyib. Bu avtomobilləri alacaq şəxslərin əlavə olaraq 15 min manat gömrük rəsmiləşdirilməsinə xərcləri çıxacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi