IOTA-nın icraçı katibi: "Karbon qiymətləndirilməsi mövzusu COP29-da diqqət mərkəzində olacaq"

IOTA-nın icraçı katibi: "Karbon qiymətləndirilməsi mövzusu COP29-da diqqət mərkəzində olacaq" Karbon qiymətləndirilməsi mövzusu bu ilin noyabra yında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) diqqət mərkəzində olacaq.
Biznes
25 Sentyabr , 2024 12:06
IOTA-nın icraçı katibi: Karbon qiymətləndirilməsi mövzusu COP29-da diqqət mərkəzində olacaq
Aliks Perinyon De Troy

Karbon qiymətləndirilməsi mövzusu bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) diqqət mərkəzində olacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Aliks Perinyon De Troy bildirib.

Onun sözlərinə görə, hazırda 2 əsas karbon qiymətləndirmə mexanizmləri var: "Bunlar “karbon vergi”və emissiya ticarəti sistemidir. "Yaşıl iqtisadiyyat" yaratmaq, daha təhlükəsiz və sağlam bir dünyada yaşamaq üçün bu cür mexanizmləri inkişaf etdirməliyik. İnanıram ki, bu forum vergi administrasiyaları arasındakı dialoqu daha da gücləndirəcək və gələcək inkişafı üçün zəmin hazırlayacaq".

Son xəbərlər

Orphus sistemi