Azərbaycanda icarə haqqı az olan obyektlər müsabiqəyə çıxarılıb

Azərbaycanda icarə haqqı az olan obyektlər müsabiqəyə çıxarılıb İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən start qiyməti ucuz olan obyektlərin müsabiqə vasitəsilə icarəyə verilməsi davam etdirilir. Hazırki müsabiqəyə çıxarılan 4 obyekt Gəncə şəhərində və Goranboy rayonunda yerləşir. Təkl
Biznes
11 Oktyabr , 2024 10:30
Azərbaycanda icarə haqqı az olan obyektlər müsabiqəyə çıxarılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) icarə haqqı az olan 4 obyekti müsabiqəyə çıxarıb.

"Report" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, həmin obyektlər Gəncə şəhərində və Goranboy rayonunda yerləşir və onların aylıq icarə qiyməti 21 manatdan başlayır.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 14 noyabr 2024-cü il tarixinədək ƏMDX-nın aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla https://clck.ru/3Dpju9 linki vasitəsilə tanış olmaq mümkündür.

Son xəbərlər

Orphus sistemi