İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi hərracda 20 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv satılıb.
"Report" quruma istinadən xəbər verir ki, hərraca çıxarılan əmlaklara 69 sifariş qəbul edilib.
Rəqabətli keçən hərracda ilkin qiyməti 5 000 manat olan metal çiv 11 000 manata, start qiyməti 7 125 manat olan “QAZ-3302-18” markalı nəqliyyat vasitəsi isə 7772 manata satılıb.
Hərracda satılan əmlakların siyahısı ilə
Növbəti hərraclar 17 və 30 sentyabrda keçiriləcək. Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. “www.e-emlak.gov.az” Elektron Xidmətlər Portalından qeydiyyatdan keçərək və beh ödəyərək iştirakçı statusu almaq olar.