Azərbaycan nüvə reaktorlarının idxalına çəkdiyi xərci 20% artırıb

Biznes
  • 19 avqust, 2024
  • 13:28
Azərbaycan nüvə reaktorlarının idxalına çəkdiyi xərci 20% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 1 242,983 milyon ABŞ dolları dəyərində nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular, onların hissələrini idxal edib.

"Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 % çoxdur.

Hesabat dövründə Azərbaycan həmçinin 36,871 milyon ABŞ dolları dəyərində nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğuları, onların hissələrini ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 36,9 % azdır.

Nüvə reaktorlarının idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 11,5 %-ni, həmin məhsulların ixracından əldə olunan gəlir isə ümumi ixrac gəlirlərinin 0,2 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 26 milyard 892,121 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,3 % azdır.

Xarici ticarət dövriyyəsinin 16 milyard 99 milyon ABŞ dolları ixracın, 10 milyard 793 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 12,9 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 306 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,1 dəfə azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti