Azərbaycana buğda idxalı 30 % bahalaşıb

ASK
  • 30 noyabr, 2021
  • 12:38
Azərbaycana buğda idxalı 30 % bahalaşıb

Bu il yanvar-oktyabr aylarında Azərbaycan 890 min 233 ton buğda idxal edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 246 milyon 254 min ABŞ dolları təşkil edib.

Bunlar isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 251 min 375 ton (22 %) az və 2 milyon 810 min ABŞ dolları (1,1 % ) çoxdur.

Xatırladaq ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan 243 milyon 444 min ABŞ dolları dəyərində 1 milyon 141 min 608 ton buğda idxal edib. Beləliklə, bir ton buğdanın idxal dəyəri 213 ABŞ dolları təşkil edib. Bu il isə Azərbaycana bir ton buğdanın idxalına 277 ABŞ dolları sərf edilib. Başqa sözlə, Azərbaycanın idxal etdiyi buğda 30 % bahalaşıb.

Hesabat dövründə Azərbaycanın buğda idxalına çəkdiyi xərc ümumi idxal xərclərinin 2,6 %-ini təşkil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti