Azərbaycan və Macarıstan arasında quşçuluq sahəsində bu ölkənin təcrübəsinin öyrənilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov "X" sosial şəbəkəsində yazıb.
"Macarıstana rəsmi səfərim çərçivəsində aqrar təhsil, təcrübə mübadiləsi, heyvandarlıq və quşçuluq sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və aqrar sahədə fəaliyyət göstərən sahibkarlar arasında sıx əlaqələrin qurulması məqsədilə Macarıstan Kənd Təsərrüfatı Universiteti, damazlıq quşçuluq və at damazlığı təsərrüfatlarına baş çəkdik. Azərbaycanlı gənc mütəxəssislərin Macarıstanda uzunmüddətli təcrübə proqramlarına cəlb edilməsi, heyvandarlıq sahəsində əməkdaşlığın davam etdirilməsi, quşçuluq sahəsində Macarıstan təcrübəsinin öyrənilməsi mövzuları ətrafında fikir mübadiləsi apardıq", - o qeyd edib.