Aqrar Sığorta Fondu: "Payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq"

Aqrar Sığorta Fondu: "Payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq" Azərbaycanda fermerlər tərəfindən payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər dekabrın 30-dək başa çatmalıdır.
ASK
8 Dekabr , 2022 13:11
Aqrar Sığorta Fondu: Payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq

Azərbaycanda fermerlər tərəfindən payızlıq əkinlərin bəyanı, sığortalanması və subsidiya üçün müraciətlər dekabrın 30-dək başa çatmalıdır.

"Report" bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Müraciətdə bildirilir ki, 10 hektar və daha çox torpaq sahəsində əkilmiş, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan 7 bitki - buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalının sığortası icbaridir. Bu əkinlər üçün subsidiyalar yalnız aqrar sığorta olunmaqla verilir.

Fermer subsidiya almaq üçün lazım olan bütün sənədləri, o cümlədən aqrar sığorta müqaviləsi və aqrokimyəvi analizin nəticələrini EKTİS-də şəxsi kabinetinə yükləməlidir. Fonddan bildilir ki, payızlıq əkinlərin sığorta prosesi dekabrın 30-da dayandırılacaq.

“Aqrar Sığorta Fondu payızlıq əkinlərin vaxtında sığortalanması üçün davamlı maarifləndirmə işləri aparır. Əkinləri bəyan edən fermerlərlə əlaqə saxlanılır, onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığorta prosesində də nəzərdə tutulub - aqrar sığorta haqqının 50 %-i dövlət tərəfindən ödənilir. Aqrar Sığorta Fondu fermerləri dekabrın 30-dək əkin sahələrini güzəştli şərtlərlə sığortalamğa, məhsullarını və gəlirlərini qorumağa çağırır”, - Fonddan bildirilib.

Son xəbərlər

Orphus sistemi