"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub

İran Silahlı Qüvvələri ölkənin cənubundakı Qeşm adası üzərində Amerika MQ-9 pilotsuz uçuş aparatını (PUA) vurub.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi mənbəyə istinadən məlumat yayıb.

"Bir neçə dəqiqə əvvəl Amerikaya məxsus MQ-9 pilotsuz uçuş aparatı ölkənin Qeşm üzərində inteqrasiya olunmuş hava hücumundan müdafiə sisteminin bir hissəsi olaraq ordunun müasir hava hücumundan müdafiə sistemlərindən atəş açaraq məhv edilib", - agentlik ordunun açıqlamasına istinadən bildirib.

ABŞ tərəfi hələlik bu məlumata şərh verməyib.

Digər xəbərlər