Savalan Mirzəyev: Azərbaycanın zəfəri regionda sülhün təminatıdır

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev Azərbaycanın Vətən müharibəsində qazandığı zəfərin regionda sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.

O bu barədə "Report"un Gürcüstan bürosuna Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşəbbüsü, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi ilə "Era Teatrı" tərəfindən hazırlanan tamaşadan əvvəlki açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi tarixi qələbə bütün regionda sülhün bərqərar olması üçün mühüm əhəmiyyət daşıyır.

S.Mirzəyev qeyd edib ki, hazırda region ölkələrinin rəhbərləri də çıxışlarında sülhün qorunmasının, iqtisadi inkişafın və insanların dinc şəraitdə yaşamasının vacibliyini xüsusi vurğulayırlar.

Deputat hesab edir ki, Azərbaycanın zəfəri regionda gələcəkdə hər hansı yeni münaqişənin və müharibənin baş verməməsi üçün mühüm təminatdır.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45