Paşinyan yaxın gələcəkdə Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulacağına əmindir

Ermənistan və Türkiyə yaxın gələcəkdə diplomatik münasibətlər quracaq.

"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

"Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıb, lakin əminəm ki, bu münasibətlər yaxın gələcəkdə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanımaqla qurulacaq. Və düşünürəm ki, bu fakt qeydə alınmalıdır", - o bildirib.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45