Ağır cinayətlərə görə axtarışda olan şəxs Gürcüstandan Türkiyəyə deportasiya edilib

Türkiyədə müxtəlif ağır cinayətlərə görə axtarışda olan ölkə vətəndaşı Gürcüstanda saxlanılaraq deportasiya edilib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, DİN-in Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbirləri çərçivəsində həmin şəxsin işləmək hüququ olmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu yeri müəyyən edərək yoxlama aparıblar.

Nazirliyin bildirdiyinə görə, bu hal onun ölkədən çıxarılması üçün əsas olub.

Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən qəsdən adam öldürmə, cinayətin gizlədilməsi, həbsdən yayınmaq məqsədilə qətl törətmə, rüşvət, təhdid və dələduzluq da daxil olmaqla müxtəlif cinayətlərə görə milli səviyyədə axtarışa verilib.

DİN əməkdaşları həmin şəxsi Sarpi sərhəd-keçid məntəqəsinə aparıblar. O, burada sonrakı hüquqi tədbirlərin görülməsi üçün Türkiyənin hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilib.

Digər xəbərlər

Egey dənizində zəlzələ olub 06 noyabr, 2026 / 05:45