Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var

Türkiyənin Afyonkarahisar şəhərində silahlı hücum qeydə alınıb, ölənlər var.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, Afyonkarahisarda silahla vurulan 10-a yaxın şəxs həyatını itirib.

Ayazini kəndi ərazisində 3 nəfərin, Kıyır kəndində də 3 nəfərin silahla öldürüldüyü müəyyən edilib. Yukarıtandır kəndində 2 qadın yaralı halda tapılıb. Xəstəxanaya yerləşdirilən qadınları tibbi müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.

Ağır yaralı halda tapılan başqa bir nəfərin həyatını itirdiyi, ölü sayının 8-ə çatdığı bildirilib.

Şübhəlilərin saxlanılması üçün axtarışlar davam edir.

Digər xəbərlər