Qırğızıstanda energetik içkilərin istehsalı və idxalı tamamilə qadağan edilə bilər

Qırğızıstanda energetik içkilərin istehsalı və idxalı tamamilə qadağan edilə bilər.

"Report" Qırğızıstan mediasına istinadən xəbər verir ki, ölkə Prezidenti Sadır Japarov Nazirlər Kabinetinə energetik içkilərin istehsalı və idxalının qadağan edilməsi məsələsini həll etməyi tapşırıb.

"İqtisadi gəlirlər heç bir halda insan həyatından və millətin gələcəyindən üstün tutulmamalıdır. Bununla əlaqədar Nazirlər Kabinetinə milli təhlükəsizliyin əsası olan vətəndaşlarımızın sağlamlığına mənfi təsir göstərən energetik içkilərin istehsalı və idxalının qadağan edilməsi məsələsini bir ay ərzində nəzərdən keçirməyi, altı ay ərzində isə hüquqi müstəvidə müvafiq tənzimləyici tədbirlər qəbul etməyi tapşırıram. Bütün xalqın sağlamlığı naminə biz 1,5 milyard somdan (17 milyon dollardan çox) imtina etməli və qətiyyətli addımlar atmalıyıq.

O qeyd edib ki, Qırğızıstanda energetik içkilərin istehlak miqyası genofond üçün təhlükəyə çevrilib: "Təkcə 2025-ci ildə istehlakın həcmi 54 milyon litrdən (təxminən 129 milyon banka) çox olub, 2026-cı ilin birinci yarısında isə bu göstərici artıq 36 milyon litri keçib".

Digər xəbərlər