Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) iştirak etmək üçün Antalyaya (Türkiyə) səfər etməyi planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə Baş nazir özü jurnalistlərə açıqlamasında deyib.
COP31 9-20 noyabr tarixlərində Antalya şəhərində keçiriləcək.