Ermənistan və Böyük Britaniyanın Müdafiə nazirlikləri arasında 2026-2027-ci illər üçün müdafiə əməkdaşlığı proqramı imzalanıb.
"Report" Ermənistan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, sənəd Londonda keçirilən ikitərəfli məsləhətləşmələrin yekunlarına əsasən imzalanıb.
Görüşdə tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini, müdafiə sahəsində əməkdaşlığı, eləcə də ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.
Görüş iştirakçıları yeni sahələrdə əməkdaşlığın yüksək potensialını qeyd edib və birgə təşəbbüslərin həyata keçirilməsi ilə bağlı razılığa gəliblər.