ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini icra edən Kortni Ostrian Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfirliyi məlumat yayıb.
Görüşdə ABŞ və Gürcüstan arasında iqtisadi əlaqələr, Orta Dəhliz çərçivəsində infrastrukturun inkişafı, eləcə də Amerika şirkətləri üçün mövcud imkanlar müzakirə olunub.
Səfirliyin məlumatında bildirilib ki, tərəflər iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və Orta Dəhlizin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropa ilə birləşdirən beynəlxalq nəqliyyat marşrutudur.