Şahzadə Harri Kiyevə gözlənilməz səfər edib
Digər ölkələr
- 12 sentyabr, 2025
- 10:23
Sasseks hersoqu Harri Ukrayna Prezidenti Volodimir Zelenski hökumətinin dəvəti ilə Kiyevə gedib.
"Report" "The Gardian"a istinadən xəbər verir ki, o, Kiyevə Kral Çarlz ilə son 20 ayda ilk qısa görüşündən sonra "Invictus Games" komandası ilə birlikdə gəlib.
Səfərdə məqsəd yaralı Ukrayna hərbçilərinə dəstək olmaqdır. "Biz müharibəni dayandıra bilmərik, lakin zərərçəkənlərin bərpasına kömək etmək üçün əlimizdən gələni edə bilərik", - şahzadə Harri qeyd edib.
O, "Invictus Games" fondu ilə birlikdə Ukraynada ağır yaralı əsgərlərin reabilitasiyası üçün təşəbbüslər irəli sürməyi planlaşdırır.
Şahzadənin Ukraynanın Baş naziri Yuliya Svırıdenko ilə də görüşəcəyi bildirilir.
Son xəbərlər
18:29
"Şamaxı" Azərbaycanın U-21 millisinə qalib gəlib
Futbol18:11
Sumqayıtda aptekdə yanğın başlayıb
Hadisə18:11
Parisdə beş polis təlim zamanı xəsarət alıb
Digər ölkələr17:49
Avtomobillərdən maqnitofon oğurlayan şəxs saxlanılıb
Hadisə17:40
Ötən gün narkotiklərlə əlaqəli 31 fakt müəyyən edilib
Hadisə17:40
Ərzurumda mebel müəssisəsində partlayış olub, iki nəfər ölüb
Region17:34
Azərbaycan Belarusdan torf tədarükünü kəskin artırıb
Biznes17:31
Sumqayıtda biznes qurmaq adı altında 24 min manatlıq dələduzluq edən şəxs saxlanılıb
Hadisə17:29