Yalçın Rəfiyev: Azərbaycan yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır

Yalçın Rəfiyev: Azərbaycan yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır.
Xarici siyasət
29 Dekabr , 2024 21:16
Yalçın Rəfiyev: Azərbaycan yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır

Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə deyib.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.

Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.

Nazir müavini həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.

Son xəbərlər

Orphus sistemi