Türkiyənin vitse-prezidenti: COP29-la bağlı Azərbaycana dəstəyimizi davam etdirəcəyik

Türkiyənin vitse-prezidenti: COP29-la bağlı Azərbaycana dəstəyimizi davam etdirəcəyik Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyindən məmnunluq hissi keçiririk. Bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik.
COP29
6 İyul , 2024 13:14
Türkiyənin vitse-prezidenti: COP29-la bağlı Azərbaycana dəstəyimizi davam etdirəcəyik

Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyindən məmnunluq hissi keçiririk. Bu istiqamətdə dəstəyimizi davam etdirəcəyik.

"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı deyib.

O, ölkəsinin TDT-yə üzv ölkələrlə nəqliyyat-logistika sahəsindəki əməkdaşlığa böyük önəm verdiyini bildirib: "İqlim dəyişikliyi və ətraf mühit isə üzləşdiyimiz ən mühüm problemlərdən biridir. COP31-ə ev sahibliyi ilə bağlı namizədliyimizi irəli sürmüşük. COP29-la bağlı Azərbaycana dəstəyimizi də davam etdirəcəyik".

Son xəbərlər

Orphus sistemi