Türkiyə və Azərbaycan XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB

Xarici siyasət
  • 20 yanvar, 2026
  • 14:19
Türkiyə və Azərbaycan XİN başçıları regional məsələləri müzakirə ediblər - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı Azərbaycan-Türkiyə arasında ikitərəfli, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri, Yaxın Şərqdə vəziyyət, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bildirilib ki, nazirlər regional məsələləri müzakirə ediblər.

Ümumilikdə ikitərəfli gündəlik və regional məsələlər müzakirə olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti