Tacikistanın BMT-dəki daimi nümayəndəsi: Azərbaycanın COP29-a uğurlu ev sahibliyi edəcəyinə əminik

COP29
  • 25 sentyabr, 2024
  • 18:00
Tacikistanın BMT-dəki daimi nümayəndəsi: Azərbaycanın COP29-a uğurlu ev sahibliyi edəcəyinə əminik

Tacikistan COP29-da qardaş Azərbaycana dəstək olmaq üçün noyabr ayında geniştərkibli nümayəndə heyəti ilə Bakıda olacaq.

Bunu Tacikistanın BMT-dəki daimi nümayəndəsi Jonibek Hikmat "Report"un ABŞ bürosuna açıqlamasında deyib.

O, Azərbaycan hökümətini COP29 Sədrliyi münasibəti ilə təbrik edib:

"Azərbaycan hökuməti COP29 Sədrliyi ilə olduqca əhəmiyyətli rolu üzərinə götürüb. Bu ölkə COP29-da inklüziv yanaşma nümayiş etdirir. Onlar iqlim məsələlərində BMT-nin qabaqcıl agentlikləri, müxtəlif təşkilatlar, özəl sektorun təmsilçiləri ilə yaxından əməkdaşlıq edirlər. Biz əminliklə deyə bilərik ki, Azərbaycan COP29-a uğurlu ev sahibliyi edəcək".

Nümayəndə bildirib ki, Tacikistan COP29-da geniş pavilyonla təmsil olunacaq: "Bu, bizim üçün olduqca gözəl fürsətdir. Su ehtiyatları və təmiz suya çıxışın təmin olunması mövzusunda həssaslığımızı nəzərə alaraq bizə bu şansı verdiyi üçün Azərbaycan hökümətinə təşəkkür edirik".

Son xəbərlər

Bütün Xəbər Lenti