Azərbaycanla BƏƏ işçi qüvvəsinin işə cəlb olunması sahəsində əməkdaşlıq edəcək
Xarici siyasət
- 17 noyabr, 2025
- 17:17
Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiq edilib.
"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi isə zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Ərəb Əmirlikləri Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, memorandum bu il sentyabrın 16-da Şuşa şəhərində imzalanıb.
Son xəbərlər
12:22
Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədova zəng edib
Digər12:17
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb
Biznes12:15
Keçən ay 28 aptekdə yoxlama aparılıb
Sağlamlıq12:12
Naxçıvanda kənd təsərrüfatının istehsal həcmi açıqlanıb
ASK12:11
Foto
İrandan Azərbaycana 53 kq narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə12:10
Məsud Pezeşkian: İran Qazaxıstanla ticarət sahəsində əməkdaşlığın inkişafında maraqlıdır
Region12:07
Azərbaycan cüdoçuları 2025-ci ildə beynəlxalq yarışlarda 253 medal qazanıblar
Fərdi12:07
Foto
Xocalının Şuşakənd, Ballıca və Badara kəndlərinə növbəti köç yola salınıb
Daxili siyasət12:06
Foto