ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir

Digər ölkələr
  • 30 oktyabr, 2026
  • 06:24
ABŞ-nin vitse-prezidenti məxfi UNO materiallarını öyrənmək niyyətindədir

ABŞ-nin vitse-prezidenti Cey Di Vens məxfi materiallara özünün giriş icazəsindən istifadə edərək uçan naməlum obyektlər (UNO) və fövqəltəbii hadisələr məsələsini anlamaq üçün istifadə etmək niyyətindədir.

"Report"un məlumatına görə, o, bu barədə "Fox News" telekanalının efirində bildirib.

"Mən sadiq xristianam və inanıram ki, hər şey yalnız fizika qanunları ilə izah edilə bilməz. Mən mələk adlandırıla bilən yaxşı ruhların mövcudluğuna və pis ruhların olduğuna inanıram", - Vens deyib.

O, artıq UNO ilə əlaqəli materialları öyrənməyə başladığını, lakin hələlik bütün məlumatlara sahib olmadığını bildirib.

"Bu məsələni hərtərəfli anlamaq üçün giriş hüququmdan istifadə etmək niyyətindəyəm. Həm yaxşı, həm də dəhşətli bir cavab tapa bilərəm", - vitse-prezident əlavə edib.

44 filmi