Nəsimi Ağayev: “Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı qeydiyyata düşmürlər”

Nəsimi Ağayev: “Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı qeydiyyata düşmürlər” Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı Azərbaycanın Almaniyadakı səfirliyinin konsulluq qeydiyyatına düşmürlər.
Xarici siyasət
8 Yanvar , 2024 13:56
Nəsimi Ağayev: “Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı qeydiyyata düşmürlər”

Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı Azərbaycanın Almaniyadakı səfirliyinin konsulluq qeydiyyatına düşmürlər.

Bu barədə “Report”a müsahibəsində Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev danışıb.

“Almaniyadakı azərbaycanlı icmasının dəqiq sayı barədə məlumat vermək bir qədər çətindir. Belə ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşlarının heç də hamısı səfirliyimizdə konsulluq qeydiyyatına düşmürlər”, - deyə diplomat bildirib.

Ancaq səfir onu da əlavə edib ki, son zamanlar Almaniyaya təhsil və iş məqsədilə köç edən azərbaycanlıların sayında artım müşahidə olunur:

“Bu, ilk növbədə xarici ölkə vətəndaşları üçün təhsilin Almaniyada demək olar ki, ödənişsiz olması, eləcə də son zamanlar bəzi ixtisaslardan olan mütəxəssislər, məsələn IT mütəxəssisləri və həkimlər üçün iş imkanlarının təklif edilməsi ilə əlaqədardır”.

Nəsimi Ağayev Almaniyadakı azərbaycanlıların sayının sabit xarakter daşımadığını da vurğulayıb:

“Həm Almaniya vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı, həm də bu və ya digər səbəblərdən bu ölkəni tərk edərək Vətənə qayıdan azərbaycanlıların sayı mütəmadi olaraq dəyişir”.

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi