“İndiki şəraitdə sərhədlərin mühafizəsinə daha çox diqqət ayrılmalıdır”.
"Report" xəbər verir ki, bu barədə Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedevin Bakıda keçirilən MDB Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında iştirakçılara ünvanladığı müraciətində deyilib.
S.Lebedev müasir dünyada siyasətin və iqtisadiyyatın yeni forma aldığını, sülhməramlı səylərin isə öz məqsədinə çatmadığını qeyd edib.
MDB-nin icraçı katibi dünyanın bir çox regionlarında, o cümlədən Qafqazda ölkələrin sərhədlərində təhlükələrin mövcud olduğunu bildirib. “Bu, onu deməyə əsas verir ki, biz ölkələrimizin sərhədlərinin qorunmasına daha çox diqqət ayırmalı və bunu səmərəli şəkildə həyata keçirməliyik”, - S.Lebedev əlavə edib.
O qeyd edib ki, bugünkü iclasda MDB ölkələrinin sərhəd qoşunları çərçivəsində 2026-2030-cu illər üçün gələcək fəaliyyət planı hazırlanacaq.