İzmirdə dəmir-polad zavodunda partlayış olub

Region
  • 09 noyabr, 2026
  • 13:57
İzmirdə dəmir-polad zavodunda partlayış olub

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunub ki, əraziyə çoxlu sayda yanğınsöndürmə briqadaları, təcili tibbi yardım qrupları və polis əməkdaşları cəlb olunub.