Jozep Borrel Ermənistan XİN başçısı ilə görüşüb

Jozep Borrel Ermənistan XİN başçısı ilə görüşüb Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Ermənistan xarici işlər naziri Aratat Mirzoyanla görüşüb
Xarici siyasət
133
12 Mart , 2022 15:29
Jozep Borrel Ermənistan XİN başçısı ilə görüşüb

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrel Ermənistan xarici işlər naziri Aratat Mirzoyanla görüşüb.

“Report” xəbər verir ki, bu barədə diplomat tviter hesabında yazıb.

“Biz regional prosesləri, Avropa İttifaqının gərginliyi azaltmaq istiqamətində töhfələrini müzakirə etdik. Eyni zamanda Rusiya ilə Ukrayna arasındakı müharibəni və bunun regiona təsiri barədə fikir mübadiləsi apardıq”, - ali nümayəndə bildirib.

Bundan başqa, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviter səhifəsində Türkiyə və Ermənistanın xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Ermənistanın xarici siyasət idarəsinin rəhbəri Aratat Mirzoyan arasında keçirilən görüşlə bağlı paylaşım edib.

O, Avropa İttifaqının Ankara və İrəvan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini bildirib.

Son xəbərlər

Orphus sistemi