İran XİN başçısı: "3+3" formatı regionda sülh və sabitlik üçün mühüm rol oynayır
- 08 dekabr, 2025
- 13:38
"3+3" formatı regionda sülhün və sabitli üçün mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycanla İran arasında əməkdaşlıq gələcəkdə də davam edəcək:
"Bu gün azərbaycanlı həmkarımla Cənubi Qafqaz regionu, "3+3" formatı ilə bağlı müzakirələr apardıq. Bu format regionda sülhün və sabitliyin möhkləmləndirilməsi üçün mühüm rol oynayır".
Abbas Əraqçi həmçinin bildirib ki, İran Azərbaycanla əlaqələrinin ən yüksək səviyyədə olmasında maraqlıdır:
"Biz bunu Azərbaycan tərəfində də görürük. Bu əlaqələrin daha da inkişaf edəcəyinə əminəm. Biz hansısa tərəfin bu münasibətlərə ziyan vurmasına heç bir zaman imkan verməməliyik".