​İranda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

​İranda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub Dövlət başçısını Həsən Ruhani qarşılayıb
Xarici siyasət
23 Fevral , 2016 12:31
​İranda Azərbaycan Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Bakı. 23 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tehranda rəsmi qarşılanma mərasimi olub. “Report”un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə “Sədabad” sarayına gəlib.

Azərbaycanın və İranın dövlət bayraqlarının dalğalandığı “Sədabad” sarayının qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Azərbaycanın və İranın dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin önündən keçiblər.

İranın dövlət və hökumət nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İran Prezidenti Həsən Ruhaniyə təqdim olunub.

Son xəbərlər

Orphus sistemi