Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Xarici siyasət
  • 20 oktyabr, 2026
  • 01:44
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Serbiyanın idman naziri Zoran Gayiç Azərbaycanın Serbiyadakı səfiri Tahir Tağızadə ilə görüşüb.

"Report"un Balkan bürosu xəbər verir ki, görüşdə idman nazirinin köməkçisi Uroş Pribiçeviç də iştirak edib.

Tərəflər Serbiya ilə Azərbaycan arasında mövcud idman əməkdaşlığını, idman təşkilatları arasında əlaqələrin genişləndirilməsi imkanlarını və birgə fəaliyyətlərin həyata keçirilməsini müzakirə ediblər.