ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var

Digər ölkələr
  • 20 oktyabr, 2026
  • 02:45
ABŞ-də məsciddə atışma olub, ölən və yaralanan var

ABŞ-nin Ohayo ştatının Kolumbus şəhərində məsciddə baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha bir nəfər yaralanıb.

"Report" yerli "WBNS" telekanalına istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 14:10 radələrində baş verib.

Atışma barədə məlumatı ABŞ-nin Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrə Nəzarət Bürosunun (ATF) yerli bölməsi də təsdiqləyib.

"ATF-nin Kolumbus bölməsinin xüsusi agentləri məsciddə atışma baş verməsi ilə bağlı məlumatlar əsasında tədbirlər görürlər", – deyə məlumatda bildirilib. Yaralının vəziyyəti hələlik məlum deyil.

Polisin ilkin qiymətləndirməsinə görə, hadisə məscidə məqsədli hücum xarakteri daşımayıb. Hadisənin başvermə şəraiti araşdırılır.