Azərbaycan və Macarıstan Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb - YENİLƏNİB
- 11 dekabr, 2025
- 20:25
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana səfəri çərçivəsində bu ölkənin xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər arasında təkbətək görüşdən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclası keçirilib.
İclas zamanı iki ölkə arasında mövcud əməkdaşlığın vəziyyəti, həyata keçirilən birgə layihələr, habelə ikitərəfli və çoxtərəfli formatlarda gələcək əməkdaşlıq perspektivləri ətraflı müzakirə olunub.
Azərbaycan-Macarıstan münasibətlərinin dostluq, əməkdaşlıq və genişləndirilmiş strateji tərəfdaşlıq ruhunda inkişaf etdiyi, dövlət və hökumət başçıları səviyyəsində müntəzəm təmasların, yüksək səviyyəli qarşılıqlı səfərlər və davamlı siyasi dialoqun münasibətlərin dərinləşməsində mühüm rol oynadığı vurğulanıb.
Son 30 il ərzində ikitərəfli ticarət və investisiyalar istiqamətləri üzrə əməkdaşlığın inkişaf dinamikası nəzərdən keçirilib. İqtisadi tərəfdaşlığın mövcud potensiala tam cavab verməsi üçün birgə səylərin artırılmalı olduğu bildirilib, bu çərçivədə Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyasının iclaslarının əhəmiyyəti diqqətə çatdırılıb. Ənənəvi və bərpa olunan enerji, istehsal, əczaçılıq, ətraf mühitin qorunması, rəqəmsallaşma işləri, nəqliyyat və logistika sahələrində yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Macarıstanın Azərbaycanın enerji sektoruna investisiyaları və rolu məmnunluqla qeyd olunub.
Humanitar sahədə əməkdaşlıqdan məmnunluq ifadə olunub, azərbaycanlı və macar tələbələr üçün nəzərdə tutulan təqaüd proqramları yüksək qiymətləndirilib, iki ölkənin aparıcı universitetləri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı olaraq dil və mədəniyyət mərkəzlərinin yaradılmasının əhəmiyyəti vurğulanıb.
Beynəlxalq əməkdaşlıq və regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb. BMT, bir sıra Avropa institutları və Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycan və Macarıstan arasında mövcud sıx və konstruktiv əməkdaşlıq məmnunluqla qeyd edilib. Macarıstanın Türk Dövlətləri Təşkilatının və bütövlükdə türk dünyasının gücləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində və iki ölkənin namizədliklərinə qarşılıqlı dəstəyə görə təşəkkür ifadə olunub.
Ceyhun Bayramov Ermənistanla sülh və dövlətlərarası münasibətlərin qurulması istiqamətində atılan son addımlar barədə həmkarını məlumatlandırıb. Cari ilin avqustunda tarixi Vaşinqton Zirvəsində əldə olunmuş razılaşmaların sülhə aparan yolda mühüm mərhələ olduğu bildirilib.
Eyni zamanda, yekun sülh sazişinin imzalanması üçün Ermənistanın konstitusiya səviyyəsində Azərbaycana qarşı ərazi iddialarının ləğvinin vacibliyi vurğulanıb.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə danışılıb. Macarıstan tərəfinin Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpası və digər layihələrdə iştirakı yüksək qiymətləndirilib.
Mina təhlükəsinin bərpa proseslərinə və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına ciddi maneə yaratdığı diqqətə çatdırılıb.
Daha sonra nazirlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Macarıstanın Enerji Nazirliyi arasında Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu sənədini və Azərbaycan-Macarıstan Strateji Dialoqunun 3-cü iclasının protokolunu imzalayıblar. Memorandum ətraf mühitin qorunması, dayanıqlı resursların idarə olunması, yaşıl keçid və iqlimlə bağlı ekoloji çağırışların həlli məqsədilə birgə təşəbbüsləri əhatə edən geniş əməkdaşlıq çərçivəsini müəyyənləşdirir.
Bu razılaşma hər iki ölkənin ikitərəfli əməkdaşlığın gücləndirilməsinə və ətraf mühitin dayanıqlılığı, uzunmüddətli inkişaf sahəsində ortaq prioritetlərin irəlilədilməsinə sadiqliyini bir daha təsdiqləyir.
Azərbaycan və Macarıstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Peter Siyarto Strateji Dialoqun 3-cü görüşündən sonra mətbuata birgə bəyanatla çıxış ediblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər siyasi, iqtisadi, enerji, nəqliyyat, ekoloji və humanitar əməkdaşlıq sahələrində əldə olunan irəliləyişi nəzərdən keçirərək Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlığın davamlı gücləndirilməsini vurğulayıblar.
Qeyd olunub ki, görüş zamanı əldə edilən razılaşmalar ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirəcək və geniş regionda sabitlik, əlaqəlilik və dayanıqlı inkişaf təşəbbüslərinə töhfə verəcək.
Budapeştdə xarici işlər naziri Ceyhun Bayramov və Peter Siyartonun həmsədrliyi ilə Azərbaycan–Macarıstan Strateji Dialoqunun 3-cü görüşü keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının mövcud yüksək səviyyəsini yüksək qiymətləndirib, dostluq və ortaq maraqlara əsaslanan, yüksək səviyyəli siyasi dialoqla dəstəklənən dinamik inkişafı nəzərdən keçiriblər.
Tərəflər ticarət, investisiyalar, energetika, nəqliyyat və logistika sahələrinə diqqət yönəldərək əməkdaşlığın yeni üfüqlərinin açılmasının vacibliyini vurğulayıblar.
Macarıstanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üzrə səylərdə, xüsusilə Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasında iştirakına xüsusi diqqət yetirilib.
Azərbaycan Macarıstanın türk dünyasındakı fəal rolunu və BMT, ATƏT və digər beynəlxalq platformalarda sıx koordinasiyanı yüksək qiymətləndirir.
Görüşün sonunda tərəflər Macarıstan Energetika Nazirliyi ilə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, həmçinin Azərbaycan–Macarıstan Strateji Dialoqunun üçüncü görüşünün Protokolunu imzalayıblar.
Budapeştdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto arasında təkbətək görüş başlayıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş 3-cü Azərbaycan–Macarıstan Strateji Dialoq çərçivəsində baş tutur. Nazirlər ikitərəfli münasibətləri nəzərdən keçirəcək və 3-cü Strateji Tərəfdaşlıq Dialoqu ərəfəsində Azərbaycan–Macarıstan strateji tərəfdaşlığının irəlilədilməsinə sadiqliklərini bir daha təsdiqləyəcəklər.
r.
Happening now: Foreign Minister Jeyhun Bayramov has just begun a tete-a-tete meeting with Hungary’s Minister of Foreign Affairs & Trade @FM_Szijjarto as part of his working visit to Hungary.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 11, 2025
Ministers are set to review bilateral relations and reaffirm their commitment to… pic.twitter.com/xFUX4LR7XO
The 3rd Meeting of the Azerbaijan-Hungary Strategic Dialogue, co-chaired by @Bayramov_Jeyhun, Minister of Foreign Affairs of the Republic of Azerbaijan & Péter Szijjártó @FM_Szijjarto, Minister of Foreign Affairs & Trade of Hungary, was held in Budapest.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 11, 2025
The Ministers commended… pic.twitter.com/nBkMZfnAei
A press conference was held following the 3rd Meeting of the Azerbaijan–Hungary Strategic Dialogue.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 11, 2025
The sides reviewed progress across political, economic, energy, transport, environmental, & humanitarian cooperation, emphasizing the continued strengthening of the strategic… pic.twitter.com/fM9NKyAy8W
On the margins of the Third Strategic Dialogue Meeting between Azerbaijan & Hungary in Budapest, a ceremonial signing of the Memorandum of Understanding on cooperation in the field of environmental protection was held.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) December 11, 2025
The MoU establishes a comprehensive framework for… pic.twitter.com/aZAPQrWMtO