Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Ermənistanla sərhəddəki gərginliyi müzakirə edib - YENİLƏNİB

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Ermənistanla sərhəddəki gərginliyi müzakirə edib - YENİLƏNİB Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub
Xarici siyasət
19 May , 2021 15:15
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu Ermənistanla sərhəddəki gərginliyi müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov və Mövlud Çavuşoğlu
0 : 00
0 : 00

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun telefon danışığına dair məlumat yayıb.

"Report"un xəbərinə görə, nazirlər bölgədəki cari vəziyyəti, o cümlədən Azərbaycan-Ermənistan sərhədində baş verən gərginliklə bağlı məsələləri müzakirə ediblər.

Telefon danışığı zamanı tərəflər, həmçinin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, Fələstində baş verənlər ilə bağlı fikir mübadiləsi aparıblar.

12:35

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

"Report"un xəbərinə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.

Telefon danışığı zamanı Qarabağdakı son proseslər müzakirə olunub. Nazirlər eyni zamanda, Fələstindəki hazırkı durumla bağlı fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Orphus sistemi