Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koenin təkbətək görüşü başa çatıb.
“Report” xəbər verir ki, hazırda nazirlər birgə mətbuat konfransı keçirirlər.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İsrailin xarici işlər naziri Eli Koen arasında təkbətək görüş başlayıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edək ki, C.Bayramov İsraildə rəsmi səfərdədir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla israilli həmkarı Eli Koen arasında görüş keçirilir.
“Report” xəbər verir ki, bu barədə E.Koen tviterdə paylaşım edib.
“30 ildən sonra ilk dəfə olaraq Azərbaycanın İsrailə səfiri gələcək və daimi səfirlik açılacaq. İsrailə xoş gəlmisiniz”, - israilli nazir bildirib.
Qeyd edək ki, bu gün İsraildə Azərbaycanın səfirliyi açılacaq. Bu məqsədlə Azərbaycanın xarici işlər naziri C.Bayramov və Milli Məclisin bir qrup deputatı İsraildə səfərdədir.
Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.
Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib.
Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamı ilə Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib.