Azərbaycan səfiri qazaxıstanlı həmkarı və beynəlxalq fond prezidenti ilə mədəniyyət sahəsində əlaqələri müzakirə edib
- 16 yanvar, 2024
- 17:18
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və qazaxıstanlı həmkarı Yerkebulan Sapiyevlə türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki diplomatik missiyasının mətbuat xidməti sosial şəbəkədə məlumat verib.
“Səfir Rəşad Məmmədov Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanı və Qazaxıstanın Ankaradakı səfiri cənab Yerkebulan Sapiyevi qəbul edib. Görüşdə türk dövlətləri arasında mədəniyyət sahəsində əlaqələrin dərinləşdirilməsi məsələsi müzakirə edilib və Türk Mədəniyyəti və İrsi Fondunun bu istiqamətdə gördüyü işlərin əhəmiyyəti vurğulanıb”, – paylaşımda qeyd olunub.