Azərbaycan və Ermənistan arasında qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi fürsət yaranıb.
“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev qurumun Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan ATƏT PA-nın potensialını Bakı ilə İrəvan arasında etimadın yaradılması səylərinin təşviqi üçün effektiv platforma kimi qəbul edir:
“Ötən ilin dekabrında Azərbaycan və Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) üzrə qarşılıqlı kompromislərə nail olub, ikitərəfli razılaşma əsasında hərbi əsirlərin mübadiləsini həyata keçiriblər. Bütün bunlar ikitərəfli danışıqların əlamətdar nəticəsi kimi qiymətləndirilməlidir”.
Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, bu dinamikanı saxlamaq və bütün səyləri münasibətləri normallaşdırmaq və sülh sazişi imzalamaq məqsədilə ölkələri ikitərəfli dialoqa təşviq etməyə yönəltmək lazımdır.