ANAMA: "Beynəlxalq donorlar minatəmizləmə fəaliyyətinin yalnız 5 faizini maliyyələşdirir"

ANAMA: "Beynəlxalq donorlar minatəmizləmə fəaliyyətinin yalnız 5 faizini maliyyələşdirir" "Humanitar minatəmizləmə fəaliyyətini maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Çünki bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız 5 faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir".
Xarici siyasət
28 Noyabr , 2023 11:20
ANAMA: Beynəlxalq donorlar minatəmizləmə fəaliyyətinin yalnız 5 faizini maliyyələşdirir
Samir Poladov

"Humanitar minatəmizləmə fəaliyyətini maliyyələşdirdiyinə görə Azərbaycan hökumətinə təşəkkür edirik. Çünki bizim büdcəmizin 95 faizi hökumət tərəfindən maliyyələşdirilir, yalnız 5 faizlik bir göstərici beynəlxalq donorlar tərəfindən həyata keçirilir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov "Mina Təhlükəsi ilə Mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı 2-ci beynəlxalq texniki tədbirdə deyib.

Onun sözlərinə görə, işğaldan azad edilən ərazilər hələ ki hamı üçün əlçatan deyil: "Bunun səbəbi də partlayıcılardır. Ərazilərdə gözlənilməz, ağlasığmaz yerlərə minalar yerləşdirilib. Yollar, dəmiryolları, vaxtilə salınmış məskunlaşma sahələri minalanıb".

Son xəbərlər

Orphus sistemi