Alim Bayel: Qazaxıstan Azərbaycanın COP29-dakı sədrliyini tam dəstəkləyir

Alim Bayel: Qazaxıstan Azərbaycanın COP29-dakı sədrliyini tam dəstəkləyir Qazaxıstan Azərbaycanın COP29-dakı sədrliyini tam dəstəkləyir və bu mühüm tədbirdə fəal iştirak edəcək.
Xarici siyasət
23 Oktyabr , 2024 20:10
Alim Bayel: Qazaxıstan Azərbaycanın COP29-dakı sədrliyini tam dəstəkləyir

Qazaxıstan Azərbaycanın COP29-dakı sədrliyini tam dəstəkləyir və bu mühüm tədbirdə fəal iştirak edəcək.

“Report” xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.

O qeyd edib ki, qarşıdan gələn COP29 sammiti zamanı Qazaxıstan, Azərbaycan və Özbəkistan Mərkəzi Asiyadan “yaşıl” enerjinin Azərbaycan vasitəsilə Avropaya nəqli üzrə yeni layihəni planlaşdırır.

Bayel həmçinin qeyd edib ki, Bakı və Astana fəal şəkildə telekommunikasiya ilə bağlı layihələri reallaşdırırlar.

“Orta dəhlizlə daşınan yüklərin həcmi artır. Biz tezliklə Xəzər dənizinin dibi ilə fiber-optik kabel çəkməyə başlayacağıq – bu, Şərq və Qərb arasında rəqəmsal telekommunikasiya dəhlizinin ən mühüm seqmentidir”, - Bayel bildirib.

Səfir həmçinin Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyib. “Dövlət başçılarının mütəmadi səfərləri Bakı ilə Astana arasında əlaqələrin inkişafına sübutdur”, - deyə Bayel fikrini yekunlaşdırıb.

Foto: Samirə Həsənova

Son xəbərlər

Orphus sistemi