"RecExpo-2017" sərgisində 14 ölkədən 70-ə yaxın şirkət iştirak edəcək

"RecExpo-2017" sərgisində 14 ölkədən 70-ə yaxın şirkət iştirak edəcək Bakı. 27 noyabr. REPORT.AZ/ Bu ilki Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo) 14 ölkədən 70-ə yaxın şirkət iştirak edəcək. Report xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı Şamil Şirinov bu gün keçirilən mətbuat konfransında deyib.
Turizm
27 Noyabr , 2017 11:53
RecExpo-2017 sərgisində 14 ölkədən 70-ə yaxın şirkət iştirak edəcək

Bakı. 27 noyabr. REPORT.AZ/ Bu ilki Daşınmaz Əmlak və İnvestisiya Sərgisində (RecExpo) 14 ölkədən 70-ə yaxın şirkət iştirak edəcək. "Report" xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşı Şamil Şirinov bu gün keçirilən mətbuat konfransında deyib.

Ş.Şirinovun sözlərinə görə, sərgidə 150-yə yaxın layihə təqdim olunacaq: "Sərgi çərçivəsində müxtəlif kampaniyalar da keçiriləcək. Endirim kampaniyası çərçivəsində 5-25% endirimlər təqdim ediləcək".

ƏMDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə qeyd edib ki, sərgidə Komitənin də xüsusi stendi fəaliyyət göstərəcək. Bu stenddə Komitənin keçirdiyi layihələr nümayiş olunacaq.

Təşkilatçıların sözlərinə görə, sərgiyə ziyarətçilərin rahat gəlməsi üçün pulsuz nəqliyyat vasitələri ayrılıb. Həmin nəqliyyat vasitələri hər saatın tamamında "N.Nərimanov" metro stansiyasının yanından "Baku Expo Center"ə və əks istiqamətdə hərəkət edəcək.

Qeyd edək ki, Daşınmaz Əmlak və İnvestisiya Sərgisi noyabrın 28-30-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi