Qətər əcnəbilər üçün “qapılar”ını açmayacaq

Qətər əcnəbilər üçün “qapılar”ını açmayacaq Qətər hökuməti yaxın aylarda əcnəbi turistlərin ölkəyə gəlişinə icazə vermək niyyətində deyil.
Turizm
26 İyun , 2020 12:46
Qətər əcnəbilər üçün “qapılar”ını açmayacaq

Qətər hökuməti yaxın aylarda əcnəbi turistlərin ölkəyə gəlişinə icazə vermək niyyətində deyil.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə əcnəbilərin yerləşdirilməsindən məsul olan “Discover Qatar” turizm şirkətindən məlumat verilib.

“Hələlik yalnız Qətərdə yaşamaq icazəsi olan və sərhədlər koronavirus səbəbiylə bağlandıqda müəyyən səbəblərdən koronavirusun yayılma riski az olan ölkələrdə olan əcnəbilərin ölkəyə daxil olması ehtimalı haqqında məlumatlar var. Onlar avqustun 1-dən etibarən geri qayıtma imkanı əldə edəcəklər. Lakin bu, əvvəlcədən səlahiyyətlilərdən müvafiq icazəni aldıqda və 14 gün ərzində karantin üçün ayrılmış hoteldə bron etdiklərini təsdiq etdikdə mümkün olacaq”, - şirkət nümayəndəsi söyləyib.

Bu qaydalar sentyabrın 15-dək qüvvədə olacaq. Bu tarixdən sonra Qətərə gələnlərin hoteldə karantində qalması tələb olunmayacaq. 

Son xəbərlər

Orphus sistemi