Mahnısı dünya hitinə çevrilən “Niko’s Band” Üzüm və Şərab Festivalında

Mahnısı dünya hitinə çevrilən “Niko’s Band” Üzüm və Şərab Festivalında Gürcüstandan olan məşhur “Niko’s Band” Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının açılışında çıxış edəcək.
Şou-biznes
28 Avqust , 2024 20:10
Mahnısı dünya hitinə çevrilən “Niko’s Band” Üzüm və Şərab Festivalında

Gürcüstandan olan məşhur “Niko’s Band” Şamaxıda keçiriləcək Üzüm və Şərab Festivalının açılışında çıxış edəcək.

"Report"un məlumatına görə, “Niko’s Band”in “Georgian Disco” mahnısı SHAZAM-da əsl sensasiya yaradıb və dünya hitinə çevrilib. YouTube platformasında həmin mahnının baxış sayı qısa müddətdə 66 milyonu keçib.

Kollektiv həm də sosial şəbəkələrin yeni fenomenidir. Müxtəlif sosial platformalarda indiyə kimi “Georgian Disco” mahnısına reels-lər və mem-lər çəkilir.

Qrup iştirakçıları ekstravaqant səhnə obrazları və ifaya yumoristik yanaşma ilə tanınırlar. İlkin olaraq Gürcüstan televiziyasında yumoristik şouda iştirak məqsədilə yaradılan “Niko’s Band” 2023-cü ildə məşhur “İItalodisco” italyan mahnısını özlərinə məxsus tərzdə ifa edir. Əvvəlcə zarafat kimi nəzərdə tutulan bu ifa birdən-birə hitə çevrilir və “Georgian Disco” adı ilə dünyada geniş populyarlıq qazanır.

“Niko’s Band” sentyabrın 7-də Üzüm və Şərab Festivalının açılışında ziyarətçilərə heyrətamiz vokal və gözəl yumorla dolu unudulmaz çıxış vəd edir.

Festivalın bu unudulmaz çıxışını qaçırmayın!

Son xəbərlər

Orphus sistemi