“Məşğulluq marafonu” çərçivəsində nə qədər qazi işlə təmin olunub?

“Məşğulluq marafonu” çərçivəsində nə qədər qazi işlə təmin olunub? “Məşğulluq marafonu” çərçivəsində təxminən 650-dən çox şirkət üzrə 4600-ə yaxın vakansiyalar təqdim olunub.
Sosial müdafiə
15 İyul , 2022 11:51
“Məşğulluq marafonu” çərçivəsində nə qədər qazi işlə təmin olunub?

“Məşğulluq marafonu” çərçivəsində təxminən 650-dən çox şirkət üzrə 4600-ə yaxın vakansiyalar təqdim olunub.

Bunu “Report”a müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Agentliyin sədri bildirib ki, vakansiyalar kifayət qədər geniş spektrı əhatə edir: “Sevindirici hal ondan ibarətdir ki, vakansiyalar üzrə müxtəlif növ vəzifələr və əməkhaqqı kateqoriyaları təqdim edilib. Proses geniş şəkildə davam edir. Mövcud vakansiyalar üzrə 700-ə yaxın şəxsin məşğulluğu təmin edilib. Ümumilikdə 18 600-dən çox qazi və şəhid ailəsi üzvü ilə bilavasitə iş aparılıb. Artıq marafon çərçivəsində 2 440 bu kateqoriyadan olan şəxs işlə təmin edilib”.

Qeyd edək ki, M.Abbasbəylinin müsahibəsi ilə bu link vasitəsilə tanış olmaq olar.

Son xəbərlər

Orphus sistemi