Gəncə Şəhər Prokurorluğunda "Açıq qapı günü" keçirilir

Gəncə Şəhər Prokurorluğunda "Açıq qapı günü" keçirilir Gəncə Şəhər Prokurorluğunda "Açıq qapı günü" təşkil olunub.
Sosial müdafiə
30 May , 2024 09:40
Gəncə Şəhər Prokurorluğunda Açıq qapı günü keçirilir

Gəncə Şəhər Prokurorluğunda "Açıq qapı günü" təşkil olunub.

"Report"un Qərb bürosunun məlumatına görə, "Açıq qapı günü" tədbirində iştirak edənlər Gəncə şəhər Prokurorluğunun binasında yaradılan şəraitlə də tanış olublar.

Prokurorluq əməkdaşları tədbir iştirakçılarının suallarını ətraflı cavablandırıblar. Eyni zamanda, onlara “Elektron prokurorluq” informasiya sistemi əyani olaraq nümayiş olunub.

Kriminalistik avtomobil və avadanlıqlarla tanış olan qonaqlara istintaq hərəkətlərinin keçirilməsi zamanı müasir texnikadan istifadənin əhəmiyyəti izah edilib.

Qeyd edək ki, tədbir başa çatdıqdan sonra Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə Şəhər Prokurorluğu tərəfindən "Ekoloji hüquqpozmalar: maarifləndirmə və qanunvericiliklə nizamlanma" adlı işgüzar konfrans da keçiriləcək.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə keçirilən konfransda 15 regionun prokuroru və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi